Azərbaycan Premyer Liqasında ən çox quru oyun keçirən qapıçıların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yalnız 7 qolkiper 4 və ya daha çox matçda qapısından qol buraxmayıb.
Mövsümün rekordçusu Mehdi Cənnətovdur. “Zirə”nin milliləşən legioneri 9 belə matç keçirib.
“Qarabağ”ın milli forma geyən rusiyalısı Şahruddin Məhəmmədəliyevin aktivində 8 belə matç var. O, az sayda oyun keçirsə də, əvəzolunmaz olan “Qəbələ”li Nicat Mehbalıyevlə şərikdir. Digər 4 qapıçı isə hərəyə 4 quru oyuna çıxıb.
1. Mehdi Cənnətov (“Zirə”) - 9
2-3. Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) - 8
Nicat Mehbalıyev (“Qəbələ”) – 8
4-7. Stanislav Namaşko (“Şamaxı”) - 4
İvan Brkiç (“Neftçi”) - 4
Səlahət Ağayev (“Sabah”) - 4
Aydın Bayramov (“Sumqayıt”) - 4