"Zirə"nin Ampuero qərarı
19.04.2020 - 13:04
"Zirə"nin Ampuero qərarı

Əksər futbolçusunun müqavilə müddəti mövsümün sonuna qədər olan "Zirə" onlarla bağlı qərar verməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun heyətdə saxlamaq istədiyi əcnəbi oyunçulardan biri də Alvaro Ampuerodur.

Ötən yay "Universidad San Martin"dən birillik icarəyə götürülən 28 yaşlı müdafiəçi mövsümün sonunda müqavilə ilə məxsus olduğu kluba dönməlidir. Lakin Ampuero Avropanı tərk etmək fikrində deyil. Həmçinin "Zirə" də onun çıxışından razıdır və komandada saxlamaq fikrindədir.

Bu üzdən Premyer Liqa təmsilçisi Ampueronun birdəfəlik transferində maraqlıdır. "Universidad San Martin"lə sözləşmə müddəti bu ilin sonuna qədər olan Peru millisinin üzvü bunun ikitərəfli razılıqla ləğvinə çalışır. Belə olarsa, Ampuero azad agent statusu daşıyacaq və burada qalması problem olmayacaq. Peru klubu buna razılıq verməsə, "Zirə" oyunçunu ilin sonuna qədər icarəyə götürüb, ondan sonra müqavilə bağlamağa çalışacaq.

Qeyd edək ki, Alvaro Ampuero bu mövsüm Premyer Liqada 16 matçda iştirak edib.
 

0
Alvaro Ampuero Zirə Azərbaycan futbolu