“Zirə”nin futbolçusu Bostvana yığmasına çağırıldı
07.11.2019 - 21:08
“Zirə”nin futbolçusu Bostvana yığmasına çağırıldı

Bakının "Zirə" klubunun futbolçusu Mfo Kqasvane milli komandaya dəvət alıb. 

APA-nın məlumatına görə, hücumçu Botsvana yığmasının növbəti iki oyununa çağırılıb.

Onun yer aldığı milli Afrika Millətlər Kubokunun təsnifat mərhələsində mübarizəni davam etdirəcək. Botsvana noyabrın 15-də Zimbabve, 19-da isə Əlcəzairlə qarşılaşacaq.