Bakıda “Zirə” komandasının afrikalı futbolçusu Mfo Kqasvane soyulub. Hadisə Bakının Səbail rayonunda baş verib. Afrikalı futbolçunu dilənçilər qarət edib.
Apasport.az saytının məlumatına görə, bu barədə Oxu.Az Səbail rayonu Polis İdarəsinə istinadən xəbər yayıb.
Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.
O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı hücumçu cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.
Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı