“Əl-Əhli”yə keçdi - “Barselona”nın sabiq futbolçusu
23.07.2021 - 10:51
Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Paulinyonun yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Paulinyo “Əl-Əhli” klubuna keçib. O, Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən ay Çin təmsilçisi “Quançjou Everqrand”la ayrıldıqdan sonra azad agent statusu alıb.
0
0