“Əlimizdən gələni edib “Qarabağ”la görüşə köklənəcəyik” - Emin Mahmudov
14.05.2021 - 21:17
“Əlimizdən gələni edib “Qarabağ”la görüşə köklənəcəyik” - Emin Mahmudov

“Sumqayıt”la matça yaxşı kökləndik. Bəzən oyun alınmırdı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov “CBC Sport”a açıqlamasında deyib.

O, Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt”la matçı (1:0) barədə fikirlərini açıqlayıb: “Bu gün qol vura bilmirdik. “Sumqayıt” da yaxşı komandadır. Bizim oyun pis alınmadı. Bütün komanda məsuliyyəti başa düşürdü. Əlimizdən gələni edib “Qarabağ”la görüşə köklənəcəyik. Qələbə qazanmağa çıxacağıq. Fəxr edirəm ki, bura qədər gəlib çıxıblar. Azarkeşlər bizə dəstək veriblər. Maksimum etməyə çalışacağıq”.