Azərbaycan futbol üzrə milli komandasının yeni baş məşqçisinin adı aprelin 10-da açıqlanacaq
28.03.2008 - 14:49
Azərbaycan futbol üzrə milli komandasının yeni baş məşqçisinin adı aprelin 10-da açıqlanacaq
Onun sözlərinə görə, martın 26-da millimizin Vilnüsdə Litva yığması ilə keçirdiyi yoldaşlıq görüşünü baş məşqçi postuna dörd namizəddən yalnız almaniyalı Berti Foqts izləyib. Lakin bu, B.Foqtsun yığmamızın baş məşqçi olacağından yox, millimizlə işləmək istəməsindən xəbər verir: «Düzdür, biz yeni baş məşqçinin Litva – Azərbaycan matçını izləyəcəyini açıqlamışdıq. Baş məşqçi postuna namizədlərdən oyuna yalnız Foqts gəlmişdi. O, komandamızın oyunu ilə tanış oldu. Almaniyalı mütəxəssislə oyunöncəsi və sonra danışıqlar apardıq. Təbii ki, bizim şərtlərimizdə onu, onun şərtlərində isə bizi qane etməyən məqamlar var. Amma hələlik qəti qərar qəbul etməmişik. Foqts, eləcə də Filipp Trussye, Hans Peter Briqel və Hörnst Köppellə danışıqlarımız davam edir. Yekun qərarı AFFA İcraiyyə Komitəsi verəcək”. E. Məmmədov, həmçinin bildirib ki, namizədlər arasında 1996-cı ildə Almaniya millisinə Avropa çempionluğunu qazandırmış B. Foqts daha tanınmış mütəxəssis olduğu üçün mətbuat yığmamıza məhz onun baş məşqçi təyin olunacağı qənaətinə gəlib.
0