Vladimir Miçoviç: “1:5 hesablı məğlubiyyət bizə əlavə güc verir”
29.03.2008 - 13:37
Vladimir Miçoviç: “1:5 hesablı məğlubiyyət bizə əlavə güc verir”
“Bunun əvəzini 5, ya 3 qolla çıxmaq haqda düşünmürük. Bir qol olsun, amma 3 xal gətirsin”. Cari mövsüm Azərbaycan Premyer Liqasının 14 matçında iştirak edən V.Miçoviç buraxdığı 10 qoldan beşini “Bakı” ilə görüşdə qapısında görüb. Serbiyalı legioner belə halın təkrarlana bilməsinə inanmır: “Karyeramda belə hadisə olmamışdı. Bir oyuna 5 qol buraxmağımız oyunçuların millinin düşərgəsindən yorğun dönməsi ilə bağlı idi. Düzdür, indi də oyunçularımız yığmadan yorğun, özü də məğlubiyyətdən sonra dönüb. Lakin həmin biabırçılığın təkrarlanması mümkün deyil”. V.Miçoviç komandasının qələbə seriyasını davam etdirə biləcəyinə inanır. Buna indiki komandasının 1:5 hesabı ilə uduzan “Neftçi”dən daha güclü olması əsa verir: “Təbii ki, qələbə qazanmaq üçün meydana çıxacağıq. Həmişə olduğu kimi güc və ustalığımızdan maksimum yararlanmağa çalışacağıq. Vacib olan 3 xaldır ki, onu da qazanacağıq. “Neftçi” birinci dövrə ilə müqayisədə güclənib. Üstəlik, ardıcıl qələbələr də komandada əlavə həvəs oyadıb. İstər fərdi, istər komanda oyununda irəliləyiş nəzərə çarpan səviyyədədir”.
0