Kaxaber Tsxadadze: “Olimpik”i büdrətmək iddiasındayıq”
29.03.2008 - 17:17
Bakı. Mehman Süleymanov-APA-Sport. “Liderlə oyun həmişə böyük maraq kəsb edir. Futbolçuları liderlə görüşə kökləmək asandır. Fikrimcə, “Olimpik”lə sabahkı görüşümüz maraqlı və gərgin mübarizə şəraitində keçəcək”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib. 40 yaşlı gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının lideri “Olimpik”ə hörmət etdiklərini söyləyib: “Bildiyimə görə, “Olimpik” bir ilə yaxındır çempionatda uduzmur. Komandanın etibarlı müdafiə xətti var. Təsadüfi deyil ki, cari Azərbaycan çempionatında ən az qol buraxıb. Bütün bunlar “Olimpik”in güclü komanda olmasından xəbər verir”. K.Tsaxadadzenin sözlərinə görə, yetirmələri liderdən xal almaq iqtidarındadır: “Olimpik” mobil komandadır, özünəməxsus oyun üslubuna malikdir. Biz isə baxımlı oyun nümayiş etdirsək də, təəssüf ki, qələbələrimizin sayı azdır. Bunun da əsas səbəbi yaratdığımız çoxsaylı qol imkanlarından istifadə etməməyimizlə bağlıdır. İstənilən halda, sabahkı oyunda nəticə qazanmaq, lideri büdrətmək iddiasındayıq”.
Qeyd edək ki, “Standard” ilk dövrədə “Olimpik”lə heç-heçə (0:0) oynayıb.
Qeyd edək ki, “Standard” ilk dövrədə “Olimpik”lə heç-heçə (0:0) oynayıb.
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0