“Xəzər-Lənkəran” Bakıda 332 gündən sonra qələbə qazanıb
29.03.2008 - 18:35
“Xəzər-Lənkəran” Bakıda 332 gündən sonra qələbə qazanıb
“İnter” “Simurq”la səfər oyununda ilk hissədən sonra hesabda geri (1:2) olduğu halda, ikinci hissədə üç qol vurmaqla, əzmkar qələbə qazanıb. Bununla da Valentin Xodukinin çalışdırdığı komanda turnir cədvəlində 3-cü pillədə mövqeyini möhkəmlətməklə, “Xəzər-Lənkəran”ı özündən irəli buraxmayıb.
İkinci dövrədə liderləri büdrədən ABN bu il öz meydanında ilk dəfə məğlub olub. Bərdədə keçirilən matçda fərqlənən futbolçuların hamısı Azərbaycan Premyer Liqasında qol hesablarını açıblar. Onlarla yanaşı, ukraynalı Ruslan Kaçur, gürcüstanlı Kaxaber Çxetiani, uruqvaylı Roman Quello, bolqarıstanlı Georgi Vladimirov, braziliyalı Dieqo Qusmao da Premyer Liqada ilk qollarını vurublar. R.Quello kuboku da nəzərə alsaq, son üç oyuna dörd qol vurub. Gürcüstanlı David Bolkvadze ardıcıl 4 oyundur meydanı qolsuz tərk etmir. “İnter”in zədəsini sağaldan milli komandamızdakı oyunçuları Emin İmaməliyevlə Xaqani Məmmədov dörd həftəlik fasilədən sonra qayıdışını qolla qeyd ediblər. Qeyd edək ki, X.Məmmədov bombardirlər siyahısında yığmamızdakı oyundaşı Branimir Subaşiçlə fərqi minimuma endirib.
ABN – “Masallı” – 1:2
Ruslan Rüstəmov, 85 - Boris Qonçarov, 26, Vaja Lomaşvili, 82

“Simurq” – “İnter” – 3:4
Ruslan Kaçur, 8, David Bolkvadze, 30, Kaxaber Çxetiani, 85 – Emin İmaməliyev, 15, Roman Quello, 49, Xaqani Məmmədov, 65, Georgi Vladimirov, 73

“Xəzər-Lənkəran” – “Gənclərbirliyi” – 5:0
Zaur Ramazanov, 10, Dieqo Qusmao, 23, Nadir Nəbiyev, 46, 66, 90

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

17

13

4

0

23-3

43

2

Neftçi

17

12

3

2

32-14

39

3

İnter

18

11

4

3

34-12

37

4

Xəzər-Lənkəran

18

10

6

2

35-13

36

5

Simurq

18

9

3

6

28-18

30

6

Bakı

17

7

6

4

24-15

27

7

Qəbələ

17

8

0

9

21-21

24

8

Qarabağ

17

6

5

6

17-14

23

9

Masallı

18

6

3

9

21-32

21

10

Karvan

17

6

2

9

14-16

20

11

Standard

17

4

6

7

20-19

18

12

ABN

18

1

6

11

9-31

9

13

Turan

17

2

2

13

10-35

8

14

Gənclərbirliyi

18

2

0

16

12-55

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”) -13, Xaqani Məmmədov (“İnter”) - 12, Junivan Suares (Olimpik) - 11.

XIX tura sabah keçiriləcək “Olimpik” – “Standard”, “Neftçi” – “Bakı”, “Qarabağ” – “Turan” və “Karvan” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.








0