Rusiyanın futbol yığması Bakıya gəlib
29.03.2008 - 19:19
Bakı. Aqşin Əliyev-APA-Sport. Rusiyanın 1992-ci təvəllüdlü futbolçulardan ibarət milli komandası Bakıya təşrif buyurub. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxtın “Empire” otelində məskunlaşan yığma “Şəfa” stadionunda gündə bir dəfə məşqə çıxacaq. Yuri Smolyaninovun rəhbərlik etdiyi kollektiv ölkəmizdə olduğu müddətdə iki yoldaşlıq görüşü keçirəcək. Şimal qonşularımız aprelin 2-də Azərbaycan, bundan iki gün sonra isə Özbəkistanla qarşılaşacaqlar. Rusiya yığması aprelin 5-də Bakını tərk edəcək.
Qeyd edək ki, rusiyalılarla görüş 17 yaşadək futbolçulardan ibarət milli komandamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, rusiyalılarla görüş 17 yaşadək futbolçulardan ibarət milli komandamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0