Saşa Yunisoğlunun komandası Polşa çempionatında ikinci pilləyə yüksəlib
30.03.2008 - 09:35
Saşa Yunisoğlunun komandası Polşa çempionatında ikinci pilləyə yüksəlib
Qrodzisk. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa çempionatının güclülər dəstəsində ikinci pilləyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Yatsek Jelinskinin yetirmələri 23-cü turda “Zaqlebie”ni (Sosnovets) 3:0 hesabı ilə məğlub edib. Bu, Qrodzisk təmsilçisinin qış fasiləsindən sonra çempionatda keçirdiyi 6-cı oyunda 3-ü böyük hesabla olmaqla, 5-ci qələbəsidir. Çempionatın lideri “Visla”dan 13 xal geri qalan “Qrotslin” 48 xalla ən azı bir günlük ikinci pilləyə yüksəlib. Belə ki, 46 xalı olan “Leğiya” 23-cü turun oyununu bu gün keçirir. S.Yunisoğlu bu qarşılaşmada da meydana çıxmayıb. 23 yaşlı müdafiəçinin komandası Polşa çempionatında növbəti oyununu aprelin 4-də “Qurnik”ə qarşı keçirəcək.
0