AFFA rəhbərliyi Berti Foqtsla rəsmi müqaviləni aprelin 3-də Münhendə bağlayacaq
30.03.2008 - 16:16
E.Məmmədov bildirib ki, razılaşmaya B.Foqtsun hər ay minimum 2 həftə Azərbaycanda olması ilə bağlı bənd əlavə olunacaq: “Biz Rusiya Futbol İttifaqı ilə baş məşqçi Qus Hiddink arasında anlaşılmazlığın burada təkrar olunmasını istəmirik. Hiddink cəmi 2 gün Rusiyada olmaqla, işini bitmiş sayır. Foqts isə hər ay ən azı 2 həftə ölkəmizdə qalacaq, Premyer Liqanın oyunlarının izləyəcək, müəyyən görüşlər keçirəcək”. E.Məmmədov onu da əlavə edib ki, 62 yaşlı məşqçi Bakıya aprelin ortalarında təşrif buyuracaq.
0
0