“İnter” – “Olimpik” oyununun vaxtı yenə dəyişdirilib
31.03.2008 - 17:59
“İnter” – “Olimpik” oyununun vaxtı yenə dəyişdirilib
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının XVIII turunun “İnter” – “Olimpik” oyununun vaxtı yenə dəyişdirilib. AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, aprelin 27-də “Şəfa” stadionunda keçirilməli olan matç bir gün sonraya ertələnib. Buna səbəb həmin gün eyni arenada “Standard” – “Neftçi” görüşünün keçirilməsidir. XVIII turun oyunlarının startı verilən aprelin 26-da “Şəfa”da matç olmasa da, “İnter”in bundan üç gün əvvəl ölkə kuboku uğrunda cavab görüşünü keçirməsi nəzərə alınıb. “İnter” kubokda rəqibi olan “Neftçi”dən fərqli XVIII turda meydan sahibidir və Premyer Liqanın lideri “Olimpik” ilə görüşə hazırlaşmaq üçün daha bir gün vaxtı olacaq. Həmin turun matçlarından aprelin 26-da “Gənclərbirliyi” – “Karvan”, “Masallı” – “Bakı”, ABN – “Qarabağ”, bir gün sonra “Standard” – “Neftçi”, “Qəbələ” – “Simurq, “Turan” – Xəzər-Lənkəran” görüşü baş tutacaq.
Qeyd edək ki, martın 22-23-də keçirilməli olan XVIII turun matçları əsas və olimpiya yığmamızın oyunları əlaqədar təqvimdə ehtiyat gün kimi göstərilən aprelin 26-27-i tarixlərinə təxirə salınıb.
0