Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 67-ci yerdədir
01.04.2008 - 09:37
Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 67-ci yerdədir
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası FİFA reytinqində 67-ci yerdə qərarlaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, hesabında 1359 xal olan yığmamız Mərakeşlə 67-ci yeri bölüşür. Üç ay əvvəl açıqlanan siyahıda olduğu kimi, eyni xal və eyni mövqeyi qoruyan komandamız Avropada 35-ci yerdədir. FİFA reytinqində ilk üç yeri isə ABŞ (2207), Almaniya (2173) və İsveç (2084) milli komandaları başçılıq edir. Qeyd edək ki, son dünya çempionu olan Almaniya millisi 3 ay əvvəlki mövqeyini ABŞ-a təhvil verib.
0