Çempionlar Liqasının final matçı üçün Azərbaycana maksimum 20 bilet veriləcək
01.04.2008 - 12:06
Çempionlar Liqasının final matçı üçün Azərbaycana maksimum 20 bilet veriləcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Mayın 21-də Rusiyanın paytaxtı Moskvanın “Lujniki” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının 2007/08 mövsümünün final matçı üçün Azərbaycana maksimum 20 bilet ayrılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı qitənin ən ali futbol qurumundan AFFA-ya məktub göndərilib. Həmçinin İngiltərənin Mançester şəhərində baş tutacaq UEFA kubokunun finalı üçün də ölkəmizə eyni sayda bilet verilə bilər. Görüş mayın 14-də “Old Trafford” stadionunda olacaq. AFFA-ya təqdim olunacaq biletlərin sayı bu ay dəqiqləşəcək.
Qeyd edək ki, ötən mövsüm Azərbaycana Çempionlar Liqasının və UEFA Kubokunun həlledici qarşılaşmaları üçün müvafiq olaraq 30 və 15 bilet ayrılıb.
0