Azərbaycan yığması Almaniyanın “Ayntraxt” klubuna uduzub
11.04.2008 - 18:28
Azərbaycan yığması Almaniyanın “Ayntraxt” klubuna uduzub
Frankfurt. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Almaniyada hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk yoxlama oyununda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin çalışdırdığı komandamız Almaniya bundesliqasında çıxış edən Frankfurtun “Ayntraxt” klubunun 17 yaşlılardan ibarət komandasına 2:4 hesabı ilə uduzub. 35-ci dəqiqədə hesabda geridə olan komandamız tarazlığı bərpa edib. Ancaq ikinci hissənin ortasında 7 dəqiqəyə iki qol buraxan Y.Vahabzadənin yetirmələri meydanı məğlub tərk edib.
Qeyd edək ki, aprelin 22-dək Almaniyada təlim-məşq toplanışında olacaq yığmamız daha iki yoxlama oyununa keçirməyi planlaşdırıb.
0