Saşa Yunisoğlunun komandasının 11 oyunluq seriyası qırılıb
21.04.2008 - 09:27
Saşa Yunisoğlunun komandasının 11 oyunluq seriyası qırılıb
Poznan. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa çempionatında növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçinin komandası 26-cı turda səfərdə “Lex”ə (Poznan) məğlub olub – 1:2. “Qrotslin”in 11 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyan “Lex” matçın 60 dəqiqəsini azlıqda keçirib. S.Yunisoğlu bu görüşün ilk 45 dəqiqəsində meydanda olaraq, fasilədə Mixail Muşaliklə əvəzlənib. “Qrotslin”in bu məğlubiyyəti “Visla” klubunun ölkə çempionu olmasını rəsmiləşdirib. Qrodzisk təmsilçisi 26 oyundan sonra hesabındakı 52 xalla 4-cü pillədə qərarlaşıb. Aprelin 26-da keçiriləcək 27-ci turda çempionatın autsayderlərindən olan “Vidzev”i qəbul edəcək.
0