Zaur Tağızadə “İnter”lə oyunu buraxacaq
21.04.2008 - 11:07
Bakı. Mehman Süleymanov – APA-Sport. “Neftçi” Azərbaycan kuboku uğrunda “İnter”lə təkrar yarımfinal görüşü öncəsi heyətlə bağlı problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, kapitan Zaur Tağızadə ilə Aqil Məmmədov “Şəfa” stadionunda keçiriləcək matçda meydana çıxmayacaqlar. Hər iki yarımmüdafiəçi hesabat turunda “Simurq”la səfər matçında cari mövsümdə 4-cü sarı vərəqəsini alıblar. Bu isə onların cəzalı duruma düşməsi deməkdir. Z.Tağızadə “İnter”lə ilk yarımfinal oyununda da iştirak etməyib. Buna səbəb kapitanın zədəli olması olub. A.Məmmədovun də həmin matçda ehtiyatda qaldığını nəzərə alsaq, onlar cavab görüşünü də kənardan izləməli olacaq.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0