Daniel Axtyamov “Torpedo” klubuna qələbə qazandırıb
21.04.2008 - 11:30
Bryansk. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamov yeni klubunda qol hesabını açıb. “APA-Sport” agentliyinin məlumatına görə, qış fasiləsində “İnter”dən Moskvanın “Torpedo” klubuna keçən 23 yaşlı futbolçu hesabat turunda fərqlənib. Rusiya çempionatının birinci divizionunda çıxış edən “Torpedo” Bryanskda yerli “Dinamo” ilə görüşdə D.Axtyamovun iki dəqiqə ərzində etdiyi “dubl” sayəsində üç xal əldə edib – 2:1. Hələ matçın ilk hissəsində qol vurmaq üçün real imkanları olan hücumçu 76 və 78-ci dəqiqələrdə cərimə zərbələrini dəqiq yerinə yetirib.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0