“Qazprom” şirkəti Berti Foqtsu “Şalke-04”də görmək istəməyib
21.04.2008 - 12:02
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rusiyanın “Qazprom” şirkəti Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla əməkdaşlıq etmək istəməyib. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı mütəxəssisin Almaniyanın “Şalke-04” klubunun baş məşqçisi postuna gətirilməsinə komandanın rusiyalı sponsorları mane olub. Belə ki, Bundesliqada “Verder”ə 1:5 hesabı ilə uduzduqdan sonra istefaya göndərilən baş məşqçi Mirko Slomkanı B.Foqts əvəzləyə bilərmiş. Bu yaxınlarda Almaniya mətbuatına müsahibə verən çalışdırıcı B.Foqtsun niyə xələfi olmadığını açıqlayıb: “Həm Azərbaycan daha cəld tərpəndi. Həm də “Şalke-04”ün əsas sponsoru olan Rusiyanın “Qazprom” şirkəti MDB ölkələrinin hər hansı biri ilə danışıqlar aparan heç bir məşqçini komandada görmək istəmir”.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0