Azərbaycan kubokunun cavab yarımfinal görüşlərinin vaxtı dəyişdirilib
21.04.2008 - 17:07
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan kuboku uğrunda aprelin 23-də keçiriləcək cavab yarımfinal görüşlərinin başlanma vaxtında dəyişiklik edilib. AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, “İnter” – “Neftçi” oyunu saat 17:00, “Xəzər-Lənkəran” – “Qəbələ” matçı bundan bir saat sonra başlayacaq. Premyer Liqa oyunlarının saat 16:00-da başlanmasını nəzərdə tutan AFFA kubok matçlarının keçirildiyi hər iki stadionunda süni işıqlandırma sisteminin olmasını nəzərə alıb. Assosiasiyanın meydan sahibləri olan komandaların müraciətini müsbət cavablandırması bununla bağlıdır. Kubokda qaliblərin müəyyənləşməsi üçün əlavə vaxt və oyun sonrası penalti zərbələrinə də ehtiyac olur ki, belə olan halda, görüşlər gec başa çatır.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu “Şəfa” stadionunda, “Xəzər-Lənkəran” – “Qəbələ” matçı Lənkərandakı mərkəzi şəhər arenasında keçiriləcək.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu “Şəfa” stadionunda, “Xəzər-Lənkəran” – “Qəbələ” matçı Lənkərandakı mərkəzi şəhər arenasında keçiriləcək.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0