“Sivasspor” klubunun hücumçusu: “Bütün qolları İlqar Qurbanovun butsları ilə vurmuşam”
24.04.2008 - 15:48
Sivas. Elşən Məmmədov-APA-Sport. Türkiyənin “Sivasspor” klubunun hücumçusu Məhəmməd Əli Qurtuluşun Türkiyə Superliqasında vurduğu 10 qolda Azərbaycan milli komandasının yarımmüdafiəçisi İlqar Qurbanovun rolu olub. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda M.Ə.Qurtuluşun özü məlumat verib. Onun sözlərinə görə, çempionatın ilk turlarında öz butsları ilə qol vura bilməyib. Bundan sonra eyni ölçüdə geyinən İ.Qurbanov futbol ayaqqabılarını ona verib: “İlqar mənə dedi ki, bu ayaqqabıları gey, uğurlu olacaq, qol vuracaqsan. Mən də onun butslarını geydim və qollarımı sıralamağa başladım. Qollarımın hamısını İlqarın ayaqqabıları ilə vurmuşam”.
0
0