AFFA prezidenti Rövnəq Abdullayev klubların adının dəyişdirilməsini təklif edib
24.04.2008 - 16:22
AFFA prezidenti Rövnəq Abdullayev klubların adının dəyişdirilməsini təklif edib
R.Abdullayev Premyer Liqa klublarının adlarının dəyişdiriləcəyini bildirib. Onun sözlərinə görə, “Olimpik”in “Şüvəlan”, “Bakı”nın “Lokomotiv-Biləcəri” adlandırılması, “Standard”a “Bayıl”, “İnter”ə “Keşlə” sözlərinin əlavə olunması nəzərdə tutulub. AFFA prezidenti bu addımın regionların, xüsusilə qəsəbələrdə azarkeşlərin klubların oyunlarına cəlb edilməsi məqsədilə atılacağını bildirib. Futbol veteranları federasiya rəhbərliyinin bu təklifini dəstəkləyib. Görüşdə “Neftçi”nin Qaradağda futbol məktəbinin olacağı, Gəncənin isə növbəti mövsümdən milli çempionatda iştirak edəcəyi bildirilib. Belə ki, futbol ənənəsi olan Gəncənin “Kəpəz” klubuna yeni sponsor tapılıb və çox güman, komanda yeni mövsümdən birbaşa Premyer Liqada çıxış edəcək. Bundan əlavə, gələn tədris ilindən məktəblərdə futbol dərslərinin keçiriləcəyi ilə də bağlı fikir səsləndirilib. Görüşdə veteranlardan Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dövrdə vitse-prezident və baş katib vəzifələrində çalışan Toğrul Hacıyevlə Çingiz İsmayılov da iştirak edib.
0