“İnter” “Neftçi” klubundan AFFA-ya şikayət edib
24.04.2008 - 18:17
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bizimlə oyundan sonra “Neftçi” klubunun stadionumuza vurduğu ziyanı matçın protokolunda qeyd etmişik. Bu məsələyə AFFA-ya baxıb, qərarını verəcək”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. O, rəqib futbolçuların məğlub olduqları oyundan sonra etdiklərini haqq qazandırmayıb: “Onların sərəncamına verilən soyunub-geyinib otağına ziyan dəyib. Orada bir çox şeylər, o cümlədən divar saatını sındırıblar. Biz uzun müddətə icarəyə götürdüyümü “Şəfa” stadionunda əziyyətlə təmir işləri görürük, ancaq bunun əvəzində belə münasibətlə üzləşirik. Qərara gəlmişəm ki, qonaqların əsəblərinə tab gətirməsi üçün otaqlarda sındırıla bilən bütün əşyaları dəmirdən düzəltdirim. Çünki taxta ilə müqayisədə dəmir daha dözümlüdür”.
Qeyd edək ki, AFFA-nın Nizam-İntizam Komitəsi qarşıdakı iclasında “Neftçi”nin stadiona dəyən ziyanın “İnter”ə ödəməsi ilə bağlı qərar çıxaracaq.
Qeyd edək ki, AFFA-nın Nizam-İntizam Komitəsi qarşıdakı iclasında “Neftçi”nin stadiona dəyən ziyanın “İnter”ə ödəməsi ilə bağlı qərar çıxaracaq.
0
0