Valentin Xodukin “İnter”i 50-ci Premyer Liqa oyununa çıxaracaq
25.04.2008 - 10:01
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu baş məşqçi Valentin Xodukinin rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 69 yaşlı ukraynalı çalışdırıcı indiyədək milli çempionatda bakılıları 49 matça çıxarıb. Premyer Liqanın təxirə salınmış 18-ci turunun “İnter” – “Olimpik” görüşündə yubileyini qeyd edəcək V.Xodukin çempionatda iki il əvvəl debüt edib. Mütəxəssisin ilk oyunu 2006-cı il aprelin 29-da keçirilən “Göyəzən” – “İnter” qarşılaşması (1:1) olub. “Olimpik”lə görüşədək V.Xodukinin yetirmələri 28 qələbə qazanıb, 11 heç-heçə edib və 10 dəfə məğlub olub. Bu oyunlarda “İnter” 76, rəqibləri isə 30 qol vurub.
Qeyd edək ki, V.Xodukin Premyer Liqada 50 oyun həddinə çatan 5-ci əcnəbi mütəxəssis olacaq. Rasim Kara 65, Naci Şensoy 51, Anatoli Konkov və İqor Nakoneçnı 50 matçda baş məşqçi olub.
Qeyd edək ki, V.Xodukin Premyer Liqada 50 oyun həddinə çatan 5-ci əcnəbi mütəxəssis olacaq. Rasim Kara 65, Naci Şensoy 51, Anatoli Konkov və İqor Nakoneçnı 50 matçda baş məşqçi olub.
0
0