Xaqani Məmmədov: “Olimpik”in müdafiəsindəki zəif nöqtələri bilirəm”
25.04.2008 - 11:17
Xaqani Məmmədov: “Olimpik”in müdafiəsindəki zəif nöqtələri bilirəm”
“Olimpik”lə oyun adi çempionat matçı olacaq. Yəni digər qarşılaşmalardan fərqlənmir. Rəqib mənim keçmiş komandamdır. Lakin mən indi “İnter”in futbolçusuyam və komandamın qalib gəlməsi naminə əlimdən gələni edəcəyəm”.
Ötən mövsüm “Olimpik” klubunun ən sərrast oyunçusu olan X.Məmmədov bu çempionatda Premyer Liqanın bombardirlər siyahısında liderlik edir. Kuboku da nəzərə almaqla son 4 matçda qol vura bilməyən hücumçu sindromu qıracağını düşünür: “Olimpik”in az qol buraxması müdafiəyə meylli olması ilə bağlıdır. Müdafiəyə çəkilərək, əks-hücumlara üstünlük verirlər. “Olimpik”də çıxış etdiyim vaxtdan komandaya bələdəm. Etibarlı görünən arxa xətdə müəyyən zəif nöqtələr var. Bildiklərimdən yararlanıb rəqibin qapısına qol vuracağam. Son oyunlarda istəyim alınmasa da, “Olimpik”lə matçda qol sayımı artıracağam”.
Qeyd edək ki, birinci dövrədə keçirilən matçda forma geyməyən X.Məmmədov “Olimpik”i tərk edəndən sonra ilk dəfə keçmiş komandasına qarşı mübarizə aparacaq.
0