Azərbaycan Premyer Liqasının növbəti turunu 8 futbolçu buraxacaq
25.04.2008 - 11:46
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarını cəza üzündən 8 futbolçu buraxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Stanislav Baçev (“Bakı”), Bəşir Müqədi (“Karvan”), Zurab Mamaladze (“Qəbələ”), Aqşin Salahov (ABN), Ramal Hüseynov (“Neftçi”), Osvaldo Lukas (“Standard”), Samir Abbasov (“İnter”) və Mahir Şükürov (“Xəzər-Lənkəran”) aprelin 26-28-də keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək. “Bakı” və “Karvan”ın futbolçuları Premyer Liqanın XXII turunda qırmızı vərəqə aldıqlarından meydana çıxmayacaqlar. Kubok matçında eyni cəzaya layiq görülən “Qəbələ”nin qapıçısı da komandası üçün itkidir. Digər 5 futbolçu isə aldığı sarı vərəqələrə görə, XVIII turu buraxacaq. Ötən tur xəbərdarlıq almaqla vərəqələrinin sayını 4-ə çatdıran A.Salahov və O.Lukasdan fərqli, digər futbolçular çərşənbə günü keçirilmiş kubok görüşlərindən sonra cəzalı duruma düşüblər.
0
0