Georgi Nikolov: “Komandamızın oyunlarını idarə edən almaniyalı hakimlərin xərcini biz ödəyəcəyik”
25.04.2008 - 13:22
Georgi Nikolov: “Komandamızın oyunlarını idarə edən almaniyalı hakimlərin xərcini biz ödəyəcəyik”
Onun sözlərinə görə, vətəni Bolqarıstanda da əcnəbi hakimlərin xərcini onların xidmətində maraqlı olan klublar ödəyir: “Bolqarıstanda əcnəbi hakimlər briqadasına 8000 avro ödənilir. Hakimlərə verilən qonorarla yanaşı, onların bilet, qalma xərcləri də klubun üzərinə düşür. Azərbaycanda da belə nəzərə tutulub. Ola bilsin ki, burada xərc 10000 avro təşkil etsin. Hər halda, dəqiq məbləği AFFA-dan alacağımız sənəddə göstəriləcək. Kubokda olduğu kimi, qarşıdakı oyunda da almaniyalı hakimlərin xərcini biz ödəyəcəyik”.
Qeyd edək ki, aprelin 28-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Olimpik” matçını almaniyalı Peter Sippelin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
0