Anatoli Demyanenko: “İnter” “Olimpik”i məğlub etmək iqtidarındadır”
25.04.2008 - 14:56
Anatoli Demyanenko: “İnter” “Olimpik”i məğlub etmək iqtidarındadır”
49 yaşlı mütəxəssis son 4 oyunda qələbə qazana bilməyən komandasının yenə süni örtüklü meydanda oynamasından narazı olsa da, kubokun yarımfinalındakı məğlubiyyətin çempionluq uğrunda apardıqları mübarizəyə təsir etmədiyini bildirib: “Çətin oyun olacaq. Bu matça köklənmişik. İki dəfə qarşılaşdığımızdan rəqibi də yaxşı tanıyırıq. Amma turnir cədvəlinə baxanda “Standard” layiq olmadığı yerdə qərarlaşıb. Bu komandanın potensialı daha böyükdür. Təəssüf ki, kubokun finalına çıxa bilmədik. Bununla bağlı oyunçularla söhbətimiz olub. Komandada hər hansı psixoloji gərginlik yoxdur. Qarşıdakı oyunlara hazırlaşıb çempionluq üçün sonadək mübarizə aparacağıq”. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Standard”in qonağı olacaq “Neftçi” üçün turun digər qarşılaşmasının nəticəsi də əhəmiyyət kəsb edir. A.Demyanenko komandasını 6 xal qabaqlayan “Olimpik”in “İnter”lə matçda xal itirməsini mümkün sayır: “İnter” güclü, yaxşı komandadır. Bunu onların kubokun finalına çıxması da təsdiqləyir. Eyni zamanda çempionluq üçün mübarizə aparan “İnter” “Olimpik”i məğlub etmək iqtidarındadır”.
0