Azad Rəhimov: “Futbola sərmayə qoyanların vergidən azad olunması problem yarada bilər”
25.04.2008 - 15:37
Azad Rəhimov: “Futbola sərmayə qoyanların vergidən azad olunması problem yarada bilər”
“Lakin bilirsiniz ki, bunun reallaşdırılması yalnız Milli Məclisin səlahiyyətindədir. Əgər adıçəkilən orqan futbola sərmayə qoyanları vergidən azad etsə, buna çox şad olaram. Hesab edirəm ki, bu, futbolun inkişaf etdirilməsinə böyük təkan verə bilər”. Nazir həmçinin bildirib ki, məsələ ilə bağlı qərar qəbul edilərsə, narazılıq yarana bilər. A.Rəhimovun fikrincə, futbol vergidən azad olunsa, təkcə idmanın digər növlərinə vəsait ayıran şəxslər deyil, başqa sahələrinin sponsorları da bunu etirazla qarşılaya bilərlər: “Bunda mədəniyyət, səhiyyə və başqalarını nəzərdə tuturam. Digər sahələrə sərmayə qoyan şəxslər deyərlər ki, nə üçün ayrıseçkilik olur və biz də vergidən azad olunmuruq? Bu da futbola problem yarada bilər”.
Qeyd edək ki, futbola sərmayə qoyanların vergidən azad olunması təklifini AFFA prezidenti Rövnəq Abdullayev səsləndirib.
0