Elvin Məmmədov: “Olimpik” məğlubedilməz deyil”
25.04.2008 - 18:14
Elvin Məmmədov: “Olimpik” məğlubedilməz deyil”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Olimpik” klubu Premyer Liqaya liderlik edirsə, bir ildir uduzmursa, deməli, güclüdür. Bununla belə, məğlubedilməz deyil”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Elvin Məmmədov deyib. Yarımmüdafiəçinin sözlərinə görə, Premyer Liqanın qarşıdakı turunda görüşəcəkləri “Olimpik” üzərində qələbə qazanmaları realdır: “Matç bizim üçün çətin olacaq. Hər halda, lider komandaya qarşı oynayacağıq. Amma məğlubedilməz komanda yoxdur. “Olimpik”in də bu seriyası nə vaxtsa qırılacaq. Biz qarşıdakı oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. Buna nail olacağımız halda, liderin seriyasını məhz “İnter” qırmış olacaq”.
0