Meho Kodro: “Azərbaycanla görüşdə yeni futbolçulara şans verəcəyəm”
25.04.2008 - 18:17
Meho Kodro: “Azərbaycanla görüşdə yeni futbolçulara şans verəcəyəm”
İyunun 1-də Azərbaycanla qarşılaşacaq Bosniya və Herseqovina yığmasının çalışdırıcısı “Şalke-04” klubunun oyunçusu Zlatan Bayramoviçin xidmətindən yararlanmayacaq: “Azərbaycan və Polşa ilə oyunlarda Bayramoviçi dəvət etməyəcəyəm. Zədədən sonra bərpa prosesi keçən futbolçunun sağlamlığı ilə risk edə bilmərəm. Vacib olanı qarşıdakı seçmə görüşlərdir. Makedoniya kimi, Azərbaycan və Polşaya qarşı matçlarda da yeni futbolçulara özünü göstərmək şansı verəcəyəm”.


0