“İnter” “Şəfa” stadionunda keçirdiyi son 11 matçda qələbə qazanıb
26.04.2008 - 11:50
“İnter” “Şəfa” stadionunda keçirdiyi son 11 matçda qələbə qazanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu yarım ildir öz meydanında xal itirmir. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının 18-ci turunda çempionatın lideri “Olimpik” klubu ilə qarşılaşacaq Valentin Xodukinin yetirmələri evdə keçirdiyi son 9 qarşılaşmanın hamısında qalib gəlib. Premyer Liqa oyunlarında 366 gündür məğlubiyyət acısı dadmayan Əsgər Abdullayevin yetirmələri bu seriyanın qırılmaması üçün “İnter”in qələbələrinə son qoymalıdır. Lideri öz meydanında qəbul edən V.Xodukinin komandası son dəfə ötən il oktyabrın 6-da qonaqların xal qazanmasını əngəlləyə bilməyib. Həmin oyunda “Xəzər-Lənkəran” klubu ilə heç-heçə edən (2:2) bakılılar 205 gündür “Şəfa” stadionunda qələbələri sıralayır. Bu müddətdə öz meydanında keçirdiyi çempionatın 6, kubokun 3 görüşündə rəqibini məğlub edən “İnter” 11 oyundur bu stadionda xal itirmir. Belə ki, bakılılar “Masallı” və “Standard” ilə qələbə qazandığı qarşılaşmalarda qonaq komanda sayılsa da matçlar “Şəfa”da keçirilib.
0