“Neftçi” iki yarımmüdafiəçisini itirib
26.04.2008 - 12:40
“Neftçi” iki yarımmüdafiəçisini itirib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Svetoslav Stefanov “Standard”a qarşı aprelin 27-də keçiriləcək oyunda çıxış edə bilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bolqarıstanlı futbolçunun Azərbaycan Premyer Liqasının 18-ci turunda meydana çıxmasına ölkə kubokunun qarşılaşmasında aldığı zədə mane olur. Aprelin 23-də “İnter” ilə oyunda çiyini çıxan futbolçunun meydana nə vaxt qayıdacağı gələn həftə müayinədən keçdikdən sonra məlum olacaq. S.Stefanovun bu problemlə əvvəllər də üzləşməsi onun durumunu ciddiləşdirir. Qeyd edək ki, “Standard”la oyunda cəzalı olan Ramal Hüseynov da bir müddət “Neftçi”yə kömək edə bilməyəcək. Burun nahiyəsində əməliyyat olunmaqla yanaşı qaşına da tikiş vurulan yarımmüdafiəçi 10 gün məşqlərdə iştrak etməyəcək.
0