“Standard” klubu liderlərin hamısından xal alıb
28.04.2008 - 15:37
“Standard” klubu liderlərin hamısından xal alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Standard” klubu Azərbaycan Premyer Liqasında debüt mövsümündə ən yaxşı nəticəyə imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, bakılılar çempionatın ən güclü 4 komandasının hər birindən xal alan yeganə komandadır. Avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların üçü – “Olimpik”, “Xəzər-Lənkəran” və “İnter”lə birinci dövrədə heç-heçə edən “Standard” 18-ci tur çərçivəsində keçirilən qarşılaşmada “Neftçi”dən də 1 xal almağa nail olub. “Standard” “Neftçi” və “Olimpik”i öz, digər iki iddialı rəqibini isə rəqib meydanında vacib iki xaldan məhrum edib.
Qeyd edək ki, bu göstəricini yalnız bir komanda təkrarlaya bilər. ABN “Neftçi” və “İnter”ə qarşı matçlarda məğlub olmasa, “Standard”ın nailiyyətini təkrarlayacaq.
0