Daniel Axtyamov 63 dəqiqə oynayıb
30.04.2008 - 10:53
Daniel Axtyamov 63 dəqiqə oynayıb
Moskva. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun çıxış etdiyi Rusiyanın “Torpedo” klubu öz meydanında qələbə üzünə həsrət qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının birinci divizionunda çıxış edən Moskva təmsilçisi bu dəfə evdə Kaliniqradın “Baltika” klubuna 0:2 hesabı ilə uduzub. D.Axtyamov 63-cü dəqiqədə əvəzlənib. 7 oyundan sonra hesabında 7 xal olan “Torpedo” turnir cədvəlində 19-cu yerdədir.
0