Azərbaycan çimərlik futbolu yığmasına braziliyalı baş məşqçi təyin olunub
30.04.2008 - 11:17
Azərbaycan çimərlik futbolu yığmasına braziliyalı baş məşqçi təyin olunub
31 yaşlı Q.Silva indiyədək Braziliya, Rusiya, Portuqaliya və Bəhreyn milli komandalarına rəhbərlik edib. Əcnəbi məşqçinin Bakıya sabah təşrif buyuracağını deyən C.Xəlilbəyli bildirib ki, müqavilənin müddəti və maddi dəyəri danışıqlar zamanı razılaşdırılacaq: “Qustavo Silva ilə ilkin razılıq əldə olunub. Müqavilənin detalları onun Bakıya gəlişindən sonra müzakirə ediləcək”. AÇFF rəsmiləri Q.Silvaya yığmanın baş məşqçisi, son iki ayda kollektivi çalışdıran Bəhram Hətəmova isə məşqçi postunu tapşırıblar. Nizamnaməyə əsasən, onların bu vəzifələrə rəsmən təyin edilib-edilməməsi AFFA İcraiyyə Komitəsinin səlahiyyətinə aiddir. Komitə nümayəndələri növbəti iclasda müsbət qərar verəcəkləri təqdirdə, Azərbaycan milli komandasını 11-18 may aralığında İspaniyada keçiriləcək dünya çempionatının seçmə oyunlarına məhz braziliyalı mütəxəssis çıxaracaq.
0