AFFA “Qarabağ” və “Bakı” klublarına lisenziya verməyib
30.04.2008 - 12:51
AFFA “Qarabağ” və “Bakı” klublarına lisenziya verməyib
Lisenziyalaşdırma Qrupuna ilkin olaraq Premyer Liqada çıxış edən 8 klub müraciət edib. Ancaq Yevlaxın “Karvan” klubu bu prosesi keçməkdən imtina etdiyi üçün say 7-yə enib. “Qarabağ” və “Bakı” klubları isə lisenziya ala bilməyib. UEFA keçirdiyi qitə miqyaslı turnirdə Azərbaycana 4 yer verir ki, bunlardan biri Çempionlar Liqası, biri İntertoto, ikisi isə UEFA kubokuna vəsiqədir. Belə olan halda, lisenziyası olan 5 klubdan biri istənilən halda gələn mövsüm avro kuboklardan kənarda qalacaq.
0