Svetoslav Stefanov mövsümü bitirib
30.04.2008 - 16:18
Svetoslav Stefanov mövsümü bitirib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Svetoslav Stefanov mövsümü bitirib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə kubokunun “İnter”lə qarşılaşmasında zədələnən bolqarıstanlı futbolçu əməliyyat olunacaq. Təkrarən çiyini çıxan futbolçunun müayinəsindən sonra bunun qaçılmaz olduğu aşkarlanıb. Bu gün vətəninə yollanan S.Stefanov mayın 5-də Almaniyanın Ştutqart şəhərində sağ çiynindən əməliyyat olunacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2007/08 mövsümündə “Neftçi”nin heyətində keçirdiyi 10 oyunda 1 qol vurub və 3 sarı vərəqə alıb.
0