“Xəzər-Lənkəran” klubunun oyunlarını almaniyalı hakimlər idarə edəcək
30.04.2008 - 16:40
“Xəzər-Lənkəran” klubunun oyunlarını almaniyalı hakimlər idarə edəcək
Belə ki, lənkəranlıların mayın 11-də “Neftçi” ilə Bakıda, mayın 17-də “Olimpik”lə öz meydanında keçirəcəyi matçı almaniyalıların idarə etməsi nəzərdə tutulub. Bundan əlavə, mayın 28-də “İnter”lə Azərbaycan kuboku uğrunda final görüşündə də alman hakimlərə üstünlük veriləcək. Premyer Liqanın son turunda mükafatlar uğrunda vacib sayılan matça da əcnəbilərin gətirilməsi gözlənilir. Qeyd edək ki, Premyer Liqanın həftəsonu keçiriləcək növbəti turuna almaniyalı hakimlər təyinat almayıb.
0