Ağasəlim Mircavadov: “Almaniyalıların Azərbaycan çempionatına təyinat alması yerli hakimlər üçün ayıb sayılır”
30.04.2008 - 17:09
Onun sözlərinə görə, daxili yarışlar üçün əcnəbi hakim praktikasından istifadə edilməsi səmərəli deyil: “Rusiya Futbol İttifaqı bu praktikadan istifadə edib. Nəticədə hakimləri Avropa çempionatının final mərhələsindən kənarda qaldı. Düzdür, əcnəbi referi hansısa çempionatda idarəçilik edəcək, bəs onun səhvinin məsuliyyətini kim daşıyacaq? Amma yerli hakimlər səhv edəndə, heç olmasa vicdan əzabı, xəcalət çəkirlər”. A.Mircavadov yerli hakimlərin səviyyəsinin artırılması üçün çıxış yolunu da göstərib: “Öz üzərlərində, xüsusilə, fiziki planda çox çalışmaq lazımdır. Klublarımız inkişaf etdiyi halda, hakimlərdə tərəqqi yoxdur. Onların nə vaxtsa xaricdə təlim-məşq toplanışında olmasını xatırlamıram. Azərbaycan çempionatının səviyyəsi aşağıdır deyə, hakimlərimizin beynəlxalq miqyasda oyunlara təyinat almamağı ilə barışmaq düzgün deyil. Lüksemburqlu FİFA hakimi Alan Hamer buna bariz nümunədir. Məgər Lüksemburq çempionatı Azərbaycandan səviyyəcə yüksəkdir? Amma beynəlxalq səviyyədə Hamerə etimad göstərirlər”.
0
0