Berti Foqts: “Gördüyüm işə qiymət vermirlər”
30.04.2008 - 17:48
Berti Foqts: “Gördüyüm işə qiymət vermirlər”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Almaniyada mənim gördüyüm işə qiymət vermirlər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssis fikirlərini Almaniya mətbuatı onun yerli klublardan dəvət almaması ilə əsaslandırıb. 1998-ci ildə Almaniya yığması ilə yollarını ayırdıqdan sonra qısa müddətli “Bayer” fəaliyyəti istisna olmaqla, B.Foqts vətənində çalışmayıb. 2000-ci ilin noyabrından 2001-ci ilin mayınadək Leverkuzen təmsilçisində çalışan mütəxəssis 7 il dəvət almadığı həmyerlilərindən artıq heç nə gözləmir: “Ailəm olmasaydı, Almaniyada yaşamazdım. Bu məcburiyyət olmasa, ABŞ-a köçərdim”.
0