Samir Musayev: “Məni transferə çıxaran Pokoraya özümü göstərmək istərdim”
01.05.2008 - 11:42
Samir Musayev: “Məni transferə çıxaran Pokoraya özümü göstərmək istərdim”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Olimpik” klubunun hücumçusu Samir Musayevin Azərbaycan Premyer Liqasının qarşıdakı turunda mayın 4-də “Simurq”la Qaxda keçiriləcək görüşdə iştirak etməyə bilər. Futbolçu “APA-Sport” agentliyinə açıqlamasında sabiq komandası ilə oyun öncəsi məşqlərdən kənarda qaldığını bildirib: “Son turda İnter”lə matçda sinəm əzilib. Hazırda müalicə olunsam da, hazırlığa qatılıb, səfərə çıxacağım gözlənilir”. Transferə çıxarıldığı “Simurq”la qarşılaşmada meydana çıxmaq istəyinin böyük olduğunu deyən S.Musayevin sözlərinə görə, onu lazımsız hesab edən ukraynalı çalışdırıcı Roman Pokoraya özünü sübut etmək fikrindədir: “Keçmiş komandana qarşı oynamaq, və qol vurmaq istəyirəm. Mənə güvənməyən Pokoraya özümü göstərmək istərdim. “Simurq” yaxşı komandadır, xüsusilə öz meydanında uğurla çıxış edir. Qaxdakı stadion dəniz səviyyəsindən yüksəkdə olduğu üçün orada nəfəs almaq çətindir. Bütün bunları nəzərə alsaq, bu qarşılaşma bizim üçün çətin olacaq. Həm də son oyunda məğlubiyyətin təsiri ola bilər”.
0