Georgi Nikolov: “AFFA-nın çıxardığı qərar qəbulolunmazdır”
01.05.2008 - 17:47
Georgi Nikolov: “AFFA-nın çıxardığı qərar qəbulolunmazdır”
Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran”la final matçının mayın 28-dən 24-nə keçirilməsinə etiraz edən G.Nikolov bildirib ki, AFFA-nın klublara münasibətindən narazıdır: “Klubları nəzərə almadan qərar çıxarılar. Bunlar müəyyən şübhələr yaranmasına əsas verir. Məlik Həsənov dəyişiklik haqda mənə məlumat verdi və bunu milli komanda ilə əlaqələndirdi. Baş katib Elxan Məmmədovla söhbətimdə isə başqa mətləblər ortaya çıxdı. Belə ki, baş katib dəyişikliyi marketinqlə əsaslandırdı”. G.Nikolovun sözlərinə görə, E.Məmmədovla söhbət zamanı finalda oynamamaq variantını gündəmə gətirib: “Hətta final matçına çıxmayacağımızı bəyan etdim. “Xəzər-Lənkəran”ı da kubokun qalibi olmaq münasibətilə təbrik etdim”.
0