Georgi Nikolov “Xəzər-Lənkəran”la final görüşünü izləməyəcək
01.05.2008 - 18:30
Georgi Nikolov “Xəzər-Lənkəran”la final görüşünü izləməyəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda mayın 24-də keçiriləcək final oyununu izləməyəcək. Bu haqda “APA-Sport” agentliyinə G.Nikolovun özü məlumat verib: “17 yaşlı oğlum həmin gün məzun olacaq. Belə bir gündə övladımın yanında olmağım zəruridir. Təqvimə görə, son turda “Qəbələ” ilə “Şəfa” stadionundakı matçımız mayın 25-də keçirilməsi nəzərdə tutulmuşdu. Yəni, 25-də artıq Bakıya qayıda bilərdim. İşimi buna görə planlaşdırdığım halda, AFFA-dan gözlənilməz zərbə aldım. Final görüşü isə mayın 24-ə keçirildi. Axı bu, “İnter”in prezidenti kimi ilk final matçım idi. “Xəzər-Lənkəran”ı məğlub etməklə ilə ilk titulumuzu qazanmış olacaqdıq. Həmin gün komandamın yanında olmağı çox istəsəm də, AFFA-nın atdığı addım buna imkan vermir. Vətənimə səfərimi təxirə salmaq fikrimdə olmadığım üçün, final günü Bakıda olmayacağam”.
Qeyd edək ki, G.Nikolov 2006-cı ilin ortasından “İnter” Peşəkar İdman Klubunun prezidenti postunu tutur.
0