Azərbaycan kubokunun finalı matçı 7-ci dəfə Respublika günündə keçirilməyəcək
01.05.2008 - 18:30
Azərbaycan kubokunun finalı matçı 7-ci dəfə Respublika günündə keçirilməyəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kubokunun final matçının keçirilmə tarixi ilə bağlı 15 il əvvəl qoyulan ənənə 7-ci dəfə pozulacaq. “APA-Sport” agentliyinin məlumatına görə, final oyununu mayın 28-dən 27-nə ertələyən qurum 9-cu dəfə qalibin Respublika günündə müəyyənləşməsinə imkan verməyib. İndiyədək 14 dəfə baş tutan (2001/02 mövsümü yarımçıq qalıb) həlledici qarşılaşmalar may, iyun və avqust aylarına təsadüf edib. 8 dəfə (1993, 1995, 1997-2000, 2005, 2007) bu qarşılaşma mayın 28-də baş tutub. 1994 və 2006-cı illərdə final iyun ayının müvafiq olaraq 6-sı və 3-nə, 1992-ci ildə sahibini tapan ilk kubok isə avqustun 22-dək yubanmışdı. Daha 3 dəfə maya təsadüf edən finallar ayrı günlərə təsadüf edib. 1996-cı ildə ayın 15-i, 2001-ci ildə 25-i, 2004-cü ildə isə 9-da keçirilib. Maraqlıdır ki, AFFA-nın 3 prezidentindən heç birinin izlədiyi ilk final mayın 28-ə təsadüf etməyib.
0