Azərbaycan kubokunun finalında keçiriləcək lotereyada uduşa avtomobil qoyulacaq
01.05.2008 - 18:38
Azərbaycan kubokunun finalında keçiriləcək lotereyada uduşa avtomobil qoyulacaq
Bakı. Elşən Məmmədov-APA-Sport. AFFA rəhbərliyi mayın 24-də “Xəzər-Lənkəran” və Bakının “İnter” klubları arasında keçiriləcək futbol üzrə Azərbaycan kubokunun final matçına azarkeşləri cəlb etmək üçün marketinq işlərinə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça azarkeşləri cəlb etmək üçün bir sıra tədbirlər hazırlanır. Tamaşaçılar arasında lotereya təşkil edəcək federasiya rəsmiləri uduşa avtomobil qoyacaq. Bundan başqa estrada ulduzlarının iştirakı ilə konsert proqramının keçirilməsi də nəzərdə tutulub.
0