Dünyanın ən güclü 350 klubu arasında Azərbaycan təmsil olunmayıb
02.05.2008 - 10:28
Dünyanın ən güclü 350 klubu arasında Azərbaycan təmsil olunmayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünyanın 350 ən güclü futbol klubunun siyahısında Azərbaycan təmsilçiləri yer almayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının reytinq cədvəlini açıqlayıb. UEFA Çempionlar Liqasının finalçıları olan “Mançester Yunayted” və “Çelsi”, həmçinin “Barselona” klubu sıralamanın ilk 3 pilləsində qərarlaşıb. Mançesterlilər 277, izləyiciləri isə hərəyə 263 xal toplayıb. Azərbaycan klublarının yer almadığı siyahıda milli komandanın futbolçuları İlqar Qurbanov və Saşa Yunisoğlunun çıxış etdiyi komandalar – müvafiq olaraq “Sivasspor” və “Qrotslin” də yer alıb. S.Yunisoğlunun komandası 106 xalla 111-ci, türkiyəlilər 76,5 xalla 236-cı pillədədir.
0