“Olimpik” “Simurq”la görüşdə də xal itirə bilər
02.05.2008 - 11:10
“Olimpik” “Simurq”la görüşdə də xal itirə bilər
Əsgər Abdullayevin çalışdırdığı komandanın rəqibi öz meydanında uğurla çıxış edən “Simurq” klubudur. Ukraynalı mütəxəssis Roman Pokoranın baş məşqçisi olduğu Zaqatala təmsilçisi hesabında olan 32 xaldan 23-nü öz meydanında keçirdiyi oyunlarda qazanıb. Cari mövsümdə evdə “İnter” və “Karvan”a minimal hesabla uduzan “Simurq” qalan 9 matçda xal qazanıb. Bununla belə, R.Pokoranın komandasının son vaxtlar uğursuzluq zolağına düşməsi də qeyd olunmalıdır. Ay yarımdır qələbə üzünə həsrət qalan zaqatalalılar keçirdiyi son 5 oyunun 4-də heç qol da vura bilməyiblər.
Liderin ən yaxın izləyicisi “Neftçi” isə Yevlaxda qonaq olacaq. Səfərdə ardıcıl beşinci matçını keçirməli olan flaqman sınağa çəkəcəyi “Karvan”a heç vaxt məğlub olmayıb. “Olimpik”i məğlub etməklə (2:0) 2-ci yer uğrunda mübarizədə şanslarını xeyli artıran “İnter” autsayder Bərdənin ABN klubu qəbul edəcək. Bərdəlilər kimi, güclülər dəstəsində yerini qorumaq uğrunda mübarizə aparan “Gənclərbirliyi” öz meydanında ardıcıl üçüncü görüşünə çıxacaq. Arxada qalan iki ev matçında xal ehtiyatını artıran sumqayıtlılar “Masallı”nı məğlub etməklə, həm də ilk dövrədəki ağır məğlubiyyətin (0:6) əvəzini çıxmalıdır.

3 may
“Gənclərbirliyi” – “Masallı”

Baş hakim: Ceyhun Haşımov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 0:6

“Turan” – “Qəbələ”
Baş hakim: Zöhrab Qədiyev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:2

ABN – “İnter”
Baş hakim: Anar Salmanov
Bərdə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:4

4 may
“Qarabağ” – “Standard”

Baş hakim: Azad Mütəllimov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:0

“Xəzər-Lənkəran” – “Bakı”
Baş hakim: İmanxan Sultani
Lənkəran. Mərkəzi şəhər stadionu
İlk dövrədəki oyun – 2:2

“Karvan” – “Neftçi”
Baş hakim: Babək Quliyev
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:2

“Simurq” – “Olimpik”
Baş hakim: Anar Niyazov
Qax. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:1

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

22

16

5

1

27-6

53

2

Neftçi

22

14

6

2

38-17

48

3

İnter

22

14

4

4

41-16

46

4

Xəzər-Lənkəran

22

13

7

2

42-15

46

5

Qəbələ

22

11

1

10

28-25

34

6

Qarabağ

22

9

6

7

23-16

33

7

Simurq

22

9

5

8

28-22

32

8

Bakı

22

7

8

7

29-24

29

9

Masallı

22

7

4

11

24-36

25

10

Standard

22

5

8

9

25-23

23

11

Karvan

22

6

4

12

21-28

22

12

Turan

22

3

5

14

14-40

14

13

ABN

22

2

6

14

11-39

12

14

Gənclərbirliyi

22

3

1

18

16-60

10



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 15, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.

Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Bakı” oyunu saat 18:00, qalan görüşlər isə 17:00-da başlayacaq.
0